Ən ağıllı 5 bürc hansıdır? - Onlar hamıdan fərqli düşünürlər

Ən ağıllı 5 bürc hansıdır? - Onlar hamıdan fərqli düşünürlər

Bəzi insanlar ağılları ilə hər kəsdən üstün olmağı sevirlər. Onların üstün zəkaları, hər kəsdən fərqli düşüncələri digərlərindən seçilməklərinə kömək edir. Astrologiya insanların xarakterləri haqqında kiçik ipuçları verir.

Ağıllı insanlar həyatlarını planlı və proqramlı şəkildə yaşayırlar. Uğur qazanmaq üçün hər şeyə çalışırlar. Onlar hər kəsdən fərqli fikirləri ilə başqa insanlardan seçilmək istəyirlər. Hansı bürc ən ağıllıdır?

Sfera.az bu sualların cavabını oxuculara təqdim edir.

1- Buğa

Buğa bürcü ən ağıllı bürclər siyahısına daxildir. Heç kim onlarla dost olmaq istəmir, çünki onlar adətən sanki dünya onların ətrafındaymış kimi davranırlar. Lakin iti zəkaları sayəsində istənilən vəziyyətin öhdəsindən asanlıqla gəlmək qabiliyyətinə malikdirlər.

Buğa bürcü hər zaman ağıllı davranışları ilə diqqət çəkir. Bununla belə, bu qədər ağıllı olmaq ətrafdakı insanların özlərini pis hiss etməsinə səbəb ola bilər.


2- Tərəzi bürcü


Tərəzilər həddindən artıq emosional olsalar da, ağılları və məntiqləri ilə hərəkət edən bürclər sırasındadırlar. Onlar hər şeyi ən praktik şəkildə həll edə bilərlər. Onlar heç kimin ağlına gəlməyən müxtəlif ideyalar sayəsində uğur qazanırlar.

Tərəzilər ikitərəfli münasibətlərinə görə ürəklərini qırmaqdan qorxurlar. Bu səbəbdən emosional münasibətlərində ağlı ilə hərəkət etməyi üstün tuturlar.


3- Əkizlər

Əkizlər bürcü çox ağıllıdır. Onlar sanki həddindən artıq məlumatlı adam kimi davranırlar. Onlar yeni şeylər öyrənməyi, araşdırmağı və səyahət etməyi sevirlər. Həmişə özlərini təkmilləşdirmək üçün çalışırlar.

Əkizlərin bu xüsusiyyətləri onları digər insanlardan fərqləndirir. Əkizlər bürcü insanları diqqət mərkəzində olmağı sevdikləri üçün ətrafdakı ən ağıllı və ən bilikli insan olmaq istəyirlər.


4- Əqrəb

Əqrəb bürcü hər zaman üstünlük əldə etmək üçün ağıllı və hiyləgər olmağa çalışır. Heç kimin gözündə aciz görünmək istəməz. O, məlumatlı olmaq üçün daim oxuyur və araşdırır.

Əqrəb üçün cəhalət zəif görünmək deməkdir. Özünü pis hiss etməmək üçün ən ağıllı insan olmağa çalışır.


5- Dolça

Dolça bürcü çox inkişaf etmiş analitik qabiliyyətə malikdir. Onlar araşdırmağı və yeni məlumatlar əldə etməyi sevirlər. Dolçaların zehni hamıdan fərqli işləyir. Ən qeyri-adi ideyalar onlardan gəlir.

Dolça bürcləri cahil görünməyə dözə bilməzlər. Hər şeyə münasibət bildirmək üçün daim araşdırma aparır. Çox ağıllı hərəkətlər etdikləri üçün hər kəsin diqqətini çəkirlər.


BƏS DİGƏR BÜRCLƏR?

Qoç, Xərçəng, Şir, Qız, Oxatan, Oğlaq və Balıqlar da çox ağıllı və zəkalı bürclər hesab edilir. Ancaq onlar öz bilik və zəkalarını sadalıdığımız bürclər kimi üstün olmaq üçün istifadə etmirlər.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Avropada orta ömür müddəti artıb – Ən uzun bu xalqlar yaşayır

Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) ölkələrində orta ömür müddətinə dair yeni hesabatını açıqlayıb. Məlumatlara görə, 2023-cü ildə Aİ ölkə...

"Yadplanetlilər qazların içində gizlənirlər" - Alimlərdən yeni iddia

Alimlərin yeni araşdırmasına görə, yadplanetlilər uzaq planetlərin atmosferindəki qazlarının içində gizlənirlər. NASA-nın "James Webb" Kosmik Teleskop...

“Mançester Siti”dən “Qalatasaray”a gəlir

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu İlkay Gündoğan karyerasını “Qalatasaray”da davam etdirəcək.   Sfera.az xəbər ...

Qırğızıstan XİN: “Bakı və İrəvan arasında sülh sazişi tarixi hadisə ola bilər”

Azərbaycan Respublikası Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında sazişin imzalanmasını al...

Bu şəxslər üçün də "dəfn pulu" verilə bilər - TƏKLİF

"İlk dəfə əmək fəaliyyətinə başlayanalar üçün sağlamlıq arayışının rüsum ödənilmədən verilməsinin təmin edilməsi təklif edilib".   Sfera.az...

Qaxda 100 hektar ərazi yanıb

Qaxda 100 hektar ərazi yanıb.   Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanğın rayonun Ağyazı kəndi ərazisindəki mürəkkəb relye...