Putinin şaman dostu haqqında bilmədiklərimiz – Rəhbərin şərəfinə kəsilən canavar, ruhlarla əlaqə və...

Putinin şaman dostu haqqında bilmədiklərimiz – Rəhbərin şərəfinə kəsilən canavar, ruhlarla əlaqə və...

Rusiyada şamanların Ukrayna savaşına görə ümumi ayin keçirmələri dünyada müzakirə obyektinə çevrilib. Belə ki, Vladivostok, Yekaterinburq, Kazan, Kemerovo, Krasnoyarsk, Sankt-Peterburq, Soçi, eləcə də Tuva və Xakasiyadan olan şamanlar bir yerə yığışaraq torpağın, xalqın və vətənin müdafiəsi, əsgərlərin ruhunu yüksəltmək və gücləndirmək, Rusiyanın bütün düşmənləri üzərində qələbəyə nail olmaq üçün ayin keçiriblər. Rusiyanın ali şamanı Kara-ool Dopçun-ool rusiyalı hərbçilərə dəstək üçün həyata keçirdikləri ümumi ayinə görə rus şamanlarına təşəkkür edib.

 

Sfera.az bildirir ki, Rusiyanın ayinlərə möhtac qalmış dövlətə çevrilməsi isə əksəriyyət tərəfindən məsxərəyə qoyulub. Bu fonda Rusiya prezidenti Vladimir Putinin ali şaman Kara-ool Dopçun-oolla əlaqəsi də gündəm olub. Qeyri-rəsmi məlumata görə, Putin  bəzən hansısa məsələ ilə bağlı ali şamanla məsləhətləşir.

 

Rusiyada şamanizm, Kara-ool Dopçun-ool...

 

Putinin məsləhətləşdiyi şaman Rusiya əsgərləri üçün dua etdi

Şamanlar minilliklər boyu Rusiya Federasiyasının ən ekzotik və sehrli bölgələrindən biri olan,  “Tyva” kimi tanınan müasir Tuva Respublikası ərazisində çox əhəmiyyətli olub. Ənənəvi olaraq, şamanlar tək-tənha yaşayıb, təcrid olunublar. 1932-ci ilə qədər - Stalin dövründə və bolşevik inqilabından on il sonra - Tuvada təxminən 700 şaman qalıb. Sovet dövründə isə onların çoxu repressiyaya məruz qalaraq məhv edilib. Tuvada şamanlara inam güclüdür və burada heç kim ruhların həqiqətən mövcud olub-olmadığını sorğulamır – ruhlar mövcuddur, əsas  sual isə onlarla necə ünsiyyət qurmaqdır.

 

Putinin daim məsləhətləşdiyi Kara-ool Dopçun-ool isə 2018-ci ildə Şamanların birinci Ümumrusiya qurultayında Rusiyanın ali şamanı seçilib. O, əslən Tuvanın paytaxtı Kızıl şəhərindəndir.  “Böyük Ayı” ləqəbli ali şaman 1948-ci ildə anadan olub. O həmçinin , “ayı ruhu” kimi tanınan “Adıg-eren” adlı təşkilatın da rəhbəridir. Demək olar ki, hər kəs Kara-ool Dopçun-oolun ləqəbinə uyğun göründüyünü düşünür – o, şaman paltarını geyinməsə belə, əslində ayıya bənzəyir. Ali şaman gənc ikən hərbi xidmətini hava-desant qoşunlarında keçirib.  Paraşütçü olmaqla yanaşı, peşəkar samboçu kimi tanınıb. Kara-ool Dopçun-ool eyni zamanda avtobus sürücüsü işləyib, xəz və dəri alveri ilə məşğul olub. 1982-ci ildə o, yuxusunda böyük şaman olan nənəsinin ona hədiyyə verdiyini görüb. Oyananda isə əlində bərk-bərk sıxdığı parça qırıqları tapıb. Ali şamanın dediyinə görə, onun babası və nənəsi şamanlıq etdiklərinə görə öz yurdunda diri-diri yandırılıb.

 

Putinin şərəfinə keçirilən ayinlər...

 

Dursun Özden - Tuvalı Şaman Türkler (1)

Rusiya liderinin adı zaman-zaman şamanlarla birgə çəkilib.  Məsələn, Rusiyalı professor Valeri Soloyev 2021-ci ilin sentyabrında Putinin səhhətində gizli problem olduğunu və onun müalicəsi üçün müdafiə naziri Sergey Şoyqunun iştirakı ilə “şaman ritualı” keçirildiyini iddia etmişdi. Soloyevin sözlərinə görə, Putinin sağalması üçün Sibirdə keçirilən ritualda qara qurd qurban kəsilib. Qurban kəsilən canavarın qanına batırılmış ağ parçanın yandırıldığını və alovlar arasında qara qarğanın göründüyünü iddia edən Soloyev bunun "böyük uğura imza atmaq" kimi yozulduğunu bildirib.  Yaxud, bir neçə ay bundan öncə də Kuzbasın Şor şamanları ruhları “Ukrayna ərazilərini azad etmək missiyasını yerinə yetirən” rus hərbçilərinin müdafiəsinə qalxmağa, insanları nasist şərinin təsirindən qorumağa çağırıblar.  Bundan əlavə, şamanlar himayədar ruhları Rusiya Prezidenti Vladimir Putinə cansağlığı, güc və uzunömürlülük, eləcə də ölkənin iqtisadi yüksəlişi və gücü üçün xeyir-dua verməyə çağırıblar.

 

Qeyd edək ki, son məlumatlara görə, Rusiyada 4 minə yaxın şaman fəaliyyət göstərir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Xalq artisti Ənvər Həsənovun dəfn yeri MƏLUM OLDU

Ötən gün axşam saatlarında vəfat edən Xalq artisti Ənvər Həsənov bu gün torpağa tapşırılacaq.   Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məl...

ABŞ-də tornado nəticəsinə ölənlərin sayı 36-ya çatdı

ABŞ-nin bir neçə ştatını vuran qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb.   Sfera.az xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Truth ...

40 alpinistin gözü qarşısında faciəli şəkildə vəfat edən Devid Şarpın hekayəsi

Everest dünyanın ən yüksək zirvəsi və eyni zamanda ən təhlükəli dağlarından biri kimi tanınır. Zirvəyə çatmaq üçün tələb olunan fiziki dözümlə yanaşı, həddindən...

YUĞ-da nə baş verib? - Teatr üzr istədi

Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası yarımçıq dayandırılıb.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, ...

Nazirlik Xalq artistinin ölümü ilə bağlı nekroloq yaydı

Xalq artisti Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.   Sfera.az xəbər v...

Paşinyan Makronla sülh müqaviləsindən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az xəbər verir ki, bu haqda “Sputni...