Logo

Telegramın yaradıcısından XƏBƏRDARLIQ: "WhatsApp-dan uzaq durun"

Telegramın yaradıcısından XƏBƏRDARLIQ: "WhatsApp-dan uzaq durun"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Telegram" mesajlaşma proqramının yaradıcısı Pavel Durov insanları telefonlarının sındırılmasının qarşısını almaq üçün "WhatsApp"dan başqa "istənilən mesajlaşma proqramı"ından istifadə etməyə çağırıb.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Durov keçən həftə "WhatsApp"ın açıqladığı təhlükəsizlik probleminə istinad edərək “Hakerlər “WhatsApp” istifadəçilərinin telefonlarında olan hər şeyə tam giriş əldə edə bilərlər” - deyə insanlara məlumat verib.

“Hər il biz "WhatsApp"da istifadəçilərinin cihazlarında hər şeyi riskə atan problem haqqında eşidirik. Dünyanın ən zəngin insanı olmağınızın fərqi yoxdur. Telefonunuzda WhatsApp quraşdırılıbsa, bütün məlumatlarınız cihazınızda olan hər bir proqram üçün əlçatandır.”

Gülər

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR