Türkiyədə daha bir texnoloji YENİLİK -  Çip istehsal edəcək

Türkiyədə daha bir texnoloji YENİLİK -  Çip istehsal edəcək

Ankarada çip istehsalı üçün yer ayrılıb və hazırda bu investisiya ilə bağlı işlərin davam etdiyi bildirilib.

 


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Ticarət naziri Məhmət Muş Kayseridə keçirilən Türkiyə İxrac Səfərbərlik Sammitində dünyada yaşanan çip böhranından danışan zaman deyib.

 

Məhmət Muş  çipin istehsalının yavaşladığı zaman elektron cihaz və avtomobil istehsalının da azaldğını qeyd edib:

 

"Təbii ki, bu, telefon və kompüterlərə qədər istifadə edilə bilən bir məhsuldur. Tayvan burada çox əhəmiyyətli bir istehsalçıdır. Bununla bağlı investisiyalarımız da var. Əslində bunun üçün Ankarada müəyyən yer ayrılıb. Hazırda Sənaye və Texnologiya Nazirliyi bu sərmayə üzərində işləyir". 

 

Həmçinin nazir Türkiyənin bur sahəyə sərmayə qoymaq istədiyini və sərmayələrə də burada ev sahibliyi etmək istədiyini vurğulayıb:

 

"Təbii ki, bu çip rəqəmsallaşacaq hər sahədə lazım olacaq və tələbat artacaq. Bu mənada biz Türkiyə olaraq məhsuldar bir güc olmaq istəyirik. Bunun üçün hazırlıqlarımız var".

 

Gülər

Sfera.az


OXŞAR XƏBƏRLƏR