Bu gün Yer kürəsini günəş fırtınası vura bilər - XƏBƏRDARLIQ

Bu gün Yer kürəsini günəş fırtınası vura bilər - XƏBƏRDARLIQ

Bu gün Yer kürəsinin Günəş səthinin cənub-qərbindəki dəlikdən püskürən qazlı maddənin səbəb olduğu günəş fırtınasının təsir dairəsi altına düşəcəyi proqnozlaşdırılır.

Sfera.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer şöbəsi xəbərdarlıq edib ki, kiçik G1 sinifli geomaqnit qasırğası Yerə təsir göstərə bilər.

 

Böyük olmayan G1 sinfinə aid fırtınalar səbəbindən elektrik şəbəkələrinə və peyklərə təsir edə, Kanada və Alyaska səmalarında auroranın yaranmasına səbəb ola bilər.

 

Bu cür fırtınalar öz yollarını tapmaq üçün Yerin maqnit sahəsindən istifadə edən köçəri quşları da yayındıra bilər.

 

Turan Rzayev

 


OXŞAR XƏBƏRLƏR