Logo

Dünyanın ilk “robot adam”ı dünyasını dəyişdi – FOTO

Dünyanın ilk “robot adam”ı dünyasını dəyişdi – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2017-ci ildə motor neyron xəstəliyi (ALS) diaqnozu qoyulduqdan sonra ömrünü uzatmaq və tam robotlaşmaq qərarına gələn Piter Skot Morqan dünyasını dəyişib.

Sfera.az bildirir ki, o,  ailə mühitində dinc şəkildə vəfat edib. Elmin sərhədlərini zorlamaq istədiyini açıqlayan və bir sıra yorucu əməliyyatlar nəticəsində tamamilə robotlaşan Morqan özünü "Piter 2.0" adlandırırdı. Göz izləmə texnologiyasını kəşf edib öz üzərində tətbiq edən alim yalnız gözlərindən istifadə edərək birdən çox kompüteri idarə edə bilirdi.

Morqan səsini itirməzdən əvvəl süni intellektdən istifadə edərək avatar yaratmışdı və öz səsi ilə danışa bilməsi üçün tətbiqə səs yazılarını yükləmişdi. O, yeməyi də qidalanma boruları vasitəsilə qəbul edirdi.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR