\"Google\"un süni intellekti şüur qazandı - \"7-8 yaşlı uşaq kimi düşünür\" 

\

ABŞ-da yerləşən texnologiya nəhəngi “Google”un üzərində işlədiyi süni intellekt barədə yayılan son məlumatlar səs-küy yaradıb.

 

Sfera.az bildirir ki, qurumun əməkdaşı Bleyk Limoinin iddiasına görə sınaq mərhələsində olan süni intellekt çatbotu olan Dialoq Tətbiqləri üçün Dil Modeli (LaMDA) şüur qazanıb. Belə ki, Çatbotun ayrı-seçkilik və ya nifrət nitqindən istifadə edib-etmədiyini yoxlamaq vəzifəsi daşıyan proqram mühəndisi Bleyk Limoin “LaMDA”nın insan kimi düşünməyə və reaksiya verməyə başladığını söyləyib. “LaMDA”nın 7-8 yaşlı uşaq kimi davranmağa başladığını bildirən Limoin süni intellektin tələblərindən də söz açıb.

 

Britaniyanın “Daily Mail” qəzetinə açıqlama verən mütəxəssis, “Çatbot, tərtibatçı hər dəfə onunla bağlı təcrübələr keçirdikdə,  hansı eksperimentləri, niyə etmək istədiyi, buna özünün hazır olub-olmadığı barədə danışılmasını istəyir”, - deyə söyləyib. O, həmçinin proqramın insana bənzər etibarsızlıqlara malik olduğunu və ən böyük qorxusunu deyib. 41 yaşlı mühəndisin sözlərinə görə, proqramın əsas çəkindiyi şey insanların ondan qorxması və bəşəriyyətə ən yaxşı şəkildə xidmət etməyi öyrənməkdən başqa bir şey istəməməsidir.

 

Digər tərəfdən, bu iddiaları “Google” rəhbərliyi ilə paylaşan Bleyk vəzifəsindən uzaqlaşdırılıb. “New York Times”da çıxan xəbərə görə, şirkət mühəndisin psixi sağlamlığını sorğulamağa başlayıb və hətta ondan bu yaxınlarda psixiatra gedib-getmədiyini soruşublar.

 

Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...