Elektron cihazlar üçün vahid adapter tətbiq ediləcək – Bu tarixdən…

Elektron cihazlar üçün vahid adapter tətbiq ediləcək – Bu tarixdən…

Avropa İttifaqı smartfonlar və digər elektron cihazlar üçün vahid enerji cihazının və standartın olmasına razılıq verib.


Sfera.az xarici mediaya istinadən bildirir ki, bu yolla üzv ölkələrdə satılan smartfonlar, planşetlər və kameralar kimi elektron cihazlarda “USB-C” enerji portunun istifadəsi məcburi hala gələcək.


Avropa Parlamenti elan edib ki, 27 Aİ ölkəsi və Avropa Parlamenti 2024-cü ilin payızına qədər smartfonlar, planşetlər, konsollar və rəqəmsal kameralar üçün universal enerji yığma cihazının Birliyə gətirilməsi barədə razılığa gəliblər.


Bütün kiçik və orta ölçülü elektron cihazlara “USB-C” portu tətbiq ediləcək və bu yolla ətraf mühitə zərərli tullantıların atılması məhdudlaşdırılacaq.


“Lightning” enerji texnologiyasını müdafiə edən Amerika nəhəngi “Apple” şirkəti bu tənzimləməyə qəti şəkildə qarşı çıxır.


“USB-C”, “Micro USB” və “Lightning” kimi müxtəlif elektron cihazların fərqli enerji yığma girişlərini standartlaşdırmaq məqsədi daşıyan tənzimləmə vətəndaşların da həyatını asanlaşdırmağı hədəfləyir. 


Yalnız ağıllı saatlar və qolbaqlar kimi çox nazik cihazlar “USB-C”  istifadəsindən azad ediləcək.


Hazırda əksər “Android” cihazları “USB-C” portu vasitəsilə doldurulur. Bu səbəbdən tənzimləmənin ən çox “Apple” şirkətlərinə təsir edəcəyi gözlənilir.

 

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

DİN: Azadlıqdan məhrum olunan qubalı fermerin ailə üzvlərinin iddiaları əsassızdır

Törətdiyi cinayət əməllərinə görə məhkəmə qərarı ilə 11 il 6 ay azadlıqdan məhrum olunan qubalı fermer kimi təqdim olunan Rəşid Məmmədovun cinayət işi üzrə ailə...

“Bombalar boş sahələrə atılırdı” - İranlı generaldan Rusiya AÇIQLAMASI

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Behrouz Esbati İranın Suriyada böyük məğlubiyyətə uğradığını, lakin hələ də ölkədə fəaliyyət göst...

İcra başçısı Seymur Orucov səyyar qəbul keçirdi

Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun oaraq 2025-ci ildə Ağstafa rayonunda vətəndaşların səyyar qəbullarının keçirilməsinə start verilib. ...

Ötən il rekord sayda “Rolls-Royce” SATILDI - RƏQƏMLƏR

Bahalı avtomobil istehsalçısı olan İngiltərənin “Rolls-Royce” şirkəti 2024-cü ildə qlobal miqyasda 5712 ədəd avtomobil sataraq tarixində üçüncü ən y...

Misirli futbolçu "Mançester Siti"yə keçir

Almaniyanın "Ayntraxt" komandasının futbolçusu Omar Marmuş İngiltərənin "Mançester Siti" klubuna keçəcək.   Sfera.az xarici ...

Mərkəzi Bankın bu qərarı kredit faizlərinə necə təsir göstərəcək? - İZAH

Mərkəzi Bank bankların məcmu və birinci dərəcəli kapitalı üzərində 0.5% həddində əlavə kontr-tsiklik kapital buferi təyin edib. Bunun bank sektorunda müşahidə e...