Qısa nömrələr niyə YOXA ÇIXIB? - Sahiblərinin siyahısı...

Qısa nömrələr niyə YOXA ÇIXIB? - Sahiblərinin siyahısı...

“102, 188, 1655 və s. kimi qısa nömrələr artıq tükənib və bu səbəbdən də müraciət edənlərə mənfi cavab verilir”.


Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. Onun sözlərinə görə, aktiv qısa nömrələrin bir neçəsindən başqa digərləri gözə dəymir.


“Maraqlı məqam odur ki, əvvəllər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin saytında qısa nömrələrin siyahısı və kimə məxsus olması haqqında məlumat var idi, amma həmin məlumat yığışdırılıb. Düşünürəm ki, bu sahədə  normal qaydalar hazırlamaq, şəffaf mühit formalaşdırmaq  doğru olardı. Bildiyim qədər, bununla  RİNN-də tənzimləmə şöbəsi məşğuldur. Yaxşı olardı ki, şöbə normal bir tənzimləmə mexanizmi hazırlasın və nazirlik tərəfindən təsdiqlənəndən sonra saytda yerləşdirisin”.


Ekspert əlavə edib ki, mövcud qısa nömrələr və onların sahibləri haqqında məlumatlar ictimai əhəmiyyət kəsb edir və açıqlanması zəruridir:


“Yeri gəlmişkən, başqalarına 3 rəqəmli qısa nömrə təqdim edən nazirliyin özünün qısa nömrəsi 4 rəqəmlidir və adətən heç kim də bunu xatırlamır. Maraqlıdır ki, bu tip nümunələr çoxdur - hansısa əhəmiyyətsiz bir qurumda daha yaddaqalan 3 rəqəmli nömrə olduğu halda, ictimai əhəmiyyət kəsb edən bir qurumda və ya layihədə 4 rəqəmli, yadda qalmayan nömrələr istifadə olunur. Fikrimcə, yeni qaydaların hazırlanması və bu qaydalarda müəyyən müddət istifadə edilməyən qısa nömrələrin geri alınması mexanizmi nəzərdə  tutulmalıdır”.

 

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR