Logo

Bayraktar TB2 PUA-sı yenidən gündəmdə - QİYMƏTİ AÇIQLANDI

Bayraktar TB2 PUA-sı yenidən gündəmdə - QİYMƏTİ AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə istehsalı Bayraktar TB2 PUA-larının qiyməti məlum olub.

Sfera.az xəbər evrir ki, PUA-nın qiyməti 5 milyon avro civarındadır. Belə ki, ötən gün Litva hökuməti Bayraktar TB2 almaq üçün Türkiyə ilə müqavilə imzaladıqlarını açıqlayıb. PUA-nın alınması üçün ödəniləcək məbləğin kampaniya ilə toplandığı bildirilib. Kampaniyanın təşkilatçıları 5 milyon avroya ehtiyac olduğunu açıqlamışdı. Türkiyə mənbələri yazır ki, bu standart qiymət deyil. PUA-nın qiyməti müqavilənin şərtlərinə görə dəyişə bilər.

Qeyd edək ki, “Baykar” şirkətinin texniki direktoru Litva xalqının topladığı puldan imtina edərək onlara jest edib. O, PUA-nın Litvaya pulsuz veriləcəyini açıqlayıb. Toplanan pul isə Ukraynada humanitar məqsədlər üçün istifadə ediləcək./Metbuat.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR