Votsap mesencerində istifadəçilər üçün yeni məhdudiyyət tətbiq ediləcək

Votsap mesencerində istifadəçilər üçün yeni məhdudiyyət tətbiq ediləcək
Votsap tətbiqinin müəllifləri istifadəçilər üçün yeni məhdudiyyət tətbiq etməyi planlaşdırırlar: mesencerin yeni versiyasında məlumatların göndərilməsi üçün limit qoyulacaq, yəni əgər istifadəçi başqasına göndərmək istədiyi məlumat barəsində "Göndərilib" məzmunlu xəbərdarlıq alarsa, həmin məlumatı qrup halında bir neçə çata eyni zamanda göndərə bilməyəcək.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, bu addım istifadəçiləri yanlış informasiyadan və feyklərdən qoruyacaq.

Artıq göndərilmiş məlumatı qrup halında bir neçə çata dərhal göndərmək üçün həmin məlumatı yenidən seçmək və "Göndərmək" düyməsini sıxmaq lazım gələcək. Hazırda bu məhdudiyyət yalnız məlumatın ilkin istifadəçisi tərəfindən beş dəfə və daha çox sayda göndərilmiş məlumatlara aid edilir. Belə məlumatlar "tez-tez göndərilən məlumat" kimi qeyd edilir. Bundan sonra həmin məlumatı yalnız bir çata göndərmək olar.

Yeniliyin nə vaxt qüvvəyə minəcəyi hələlik bildirilmir.

OXŞAR XƏBƏRLƏR