“WhatsApp”a yeni funksiya gəlir - FOTO

“WhatsApp”a yeni funksiya gəlir - FOTO
"WhatsApp” messencerinin masaüstü versiyasında fonda səsli mesajları dinləmək mümkün olacaq. Bu rejim daha əvvəl "iOS”un "beta” versiyasına əlavə edilib, yaxın günlərdə isə "Android”də görünəcək.

Sfera.az xəbər verir ki, Yeni funksiya sayəsində arxa fonda səsli mesajlara qulaq asarkən onu dayandırmadan başqa çata və ya əsas menyuya keçmək mümkün olacaq.

Aşağıdakı ekran görüntüsündə də aydın olur ki, səsli ismarışı səsləndirib başqa söhbətə keçdiyimiz zaman "WhatsApp” səsli qeydi oxutmağı dayandırmır. Çat siyahısının aşağısında yeni audio player paneli görünür. Bu panel sayəsində biz səs qeydini oynatma düyməsi ilə idarə edə bilirik, irəliləyiş çubuğunun göstəricisi isə səs qeydinin nə vaxt bitəcəyini göstərir.
 
Pleyer paneli istifadəçilərə səsli mesajı oxutmada fasilə verməyə, davam etdirməyə və ya dayandırmağa imkan verir.

Bildirilir ki, funksiya artıq "WhatsApp” masaüstü messencerinin ən son "beta” versiyasında mövcuddur.
 



OXŞAR XƏBƏRLƏR

İrana qarşı növbəti hücumun vaxtı açıqlandı

İsrail indi İrana qarşı növbəti hərbi kampaniyaya hazırlaşmalıdır.     Sfera.az xəbər verir ki, bu sözləri İsrail parlamentində “İ...

Yekaterinburqdakı zorakılığa yalnız bir şəhər və ya cinayət qanunvericiliyi müstəvisində baxmaq sadəlövhlükdür

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən cinayət xüsusi amansızlığı ilə seçilir. Milli, dini və vətəndaşlıq mənsubiyyətindən asılı olm...

Çimərlik və hovuzların görünməyən bəlasından necə qurtulaq? - AÇIQLAMA

Yay aylarında çimərlik və hovuzlara maraq artdıqca, bağırsaq çöpləri, xüsusilə “Escherichia coli” (E.coli) kimi bakteriyalarla yoluxma riski də yüks...

Sabah çimərliklərdə hava necə olacaq?

 Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, iyulu...

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...