Logo

Azərbaycanda kompüter istehsalı artdı

Azərbaycanda kompüter istehsalı artdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda kompüter istehsalı artıb.

Dövlət Statistika Komitəsindən Sfera.az-a verilən məlumata görə, 2021-ci ilin yanvar-noyabr aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 198,0 milyon manatlıq məhsul istehsal olunub.

Əvvəlki ilin yanvar -noyabr ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 11,9 f aiz artıb, elektrik avadanlıqlarının istehsalı isə 19,1 faiz azalıb.

Dövr ərzində əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 1000 V-dək g ərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 2,1 dəfə, mayelərin m əsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 59,8 faiz, q əbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı isə 34,9 faiz artıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR