Logo

“Toshiba” 3 şirkətə ayrılacaq

“Toshiba” 3 şirkətə ayrılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yaponiyanın elektronika nəhəngi "Toshiba Corporation” 3 fərqli şirkətə ayrılmaq niyyətindədir.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, "Infrastructure Service Co.” infrastruktur sistemləri və həllərinə, rəqəmsal həllərə və akkumulyator batareyalarına cavabdeh olacaq.

"Device Co.” güc yarımkeçiriciləri, elektron cihazlar və böyük həcmli sərt disklər, saxlanclar, analoqlu inteqral sxemlər sektorunu inkişaf etdirəcək.

Üçüncü şirkət "Toshiba” "Kioxia Holdings Corporation” (KHC) və "Toshiba Tec Corporation”da pay sahibi olacaq. Bölünmə prosesi 2024-cü ilin martına kimi başa çatacaq.

Xatırladaq ki, 1875-ci ildə Tokioda təsis edilən "Toshiba Corporation” elektronika və yüksək dəqiq elektronikanın, inteqral sxemlərin, sənaye kompüterlərinin, mobil telefonların, LCD-televizorların, liftlərin istehsalında ixtisaslaşıb. Onun ştatı 118 min nəfərdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR