"Whatsapp"da silinən mesajları oxumağın 2 YOLU
Maraqlı
01:23 / 11.11.2021
4770
"Whatsapp" insanların ən çox istifadə etdiyi sosial şəbəkələrdən biridir. Son günlər isə tez-tez yeni funksiyaların əlavə edilməsilə gündəmə gəlir. Bu funksiyalardan biri də mesajları "Hər kəs üçün sil" seçimidir. Yanlış göndərdiyimiz mesajların silinə bilməsi bizim üçün avantaj olsa da, bəzi hallarda problemlər yaradır.
Sfera.az bu gün sizə "Whatsapp"dan silinən mesajların yenidən oxumağın yollarını təqdim edir.
1. Əgər söhbət etdiyiniz şəxs sizə göndərdiyi mesajı silibsə, "Whatsapp"ı telefonunuzdan silin və yenidən yükləyin. Bu prosesi tamamladığınız zaman mesajlarınızın ehtiyat nüsxəsi çıxarılacaq və buradan silinmiş mesajı görmək imkanınız olacaq. Onlayn olarkən sizə göndərilən mesaj silindikdə, "bu mesaj silindi" xəbərdarlığı alacaqsınız. Lakin həmin mesajlar telefonun yaddaşında nüsxə olaraq saxlanmağa davam edir.
2. "Whatsapp"da qarşı tərəfin göndərdikdən sonra sildiyi mesajları oxumağın başqa bir yolu isə bildirişləri saxlayan proqramlardan istifadə etməkdir. Bu cür proqramlar göndərilən mesajları silinməmiş saxlaya bilər. Əlbəttə ki, bu tətbiqlərin etibarlılığı həmişə sual altındadır.
Lent.az/