Əhalinin İKT xərclərinin 35 faizi internetlə bağlıdır
16:31 / 20.09.2021
1004
Azərbaycan əhalisinin informasiya kommunikasiya texnologiyaları (İKT) üzrə xərclərinin əsas hissəsini internet şəbəkəsinə qoşulma xərcləri təşkil edir. Əhali ötən il bu məqsədlə cəmi İKT xərclərinin 34,5 faizini ayırıb.
Sfera.az bildirir ki, İKT üzrə ikinci ən böyük xərc istiqaməti telefon avadanlıqlarının alınması və təmiri xərcləridir. Bu məqsədlə cəmi İKT xərclərinin 23 faizi ayrılıb.
Telefon rabitəsi xərcləri isə İKT xərclərinin 19,7 faizini təşkil etməklə üçüncü ən böyük paya sahibdir.
Sadalananlardan başqa İKT üzrə xərclərin 4,6 faizi kabel TV xidmətlərindən istifadə, 2,2 faizi kompüter, noutbuk, planşet və başqa İKT avadanlıqlarının alınması, 1,2 faizi IPTV xidmətlərindən istifadə xərclərindən ibarət olub. Xərclərin 13,8 faizi isə digər istiqamətlər üzrə ayrılıb.
Vasif
Sfera.az