“SpaceX”in ilk kosmik turistləri səfərə çıxdılar: Yerin ətrafını 3 gün dolaşacaqlar

“SpaceX”in ilk kosmik turistləri səfərə çıxdılar: Yerin ətrafını 3 gün dolaşacaqlar
ABŞ-ın kosmik gəmi və raket istehsalçısı "SpaceX”in raketi ilk dəfə 4 kosmonavt olmayan sərnişinlə Kennedi Kosmos Mərkəzindən 3 günlük yola çıxıb. 
 
Sfera.az xəbər verir ki, "Inspiration 4" adı verilmiş tura qatılan kosmik turistlər 3 günlük səfər zamanı bir neçə dəfə Dünyanın ətrafında fırlanacaqlar. 

"SpaceX” şirkətinin təşkil etdiyi bu ilk kosmik turun iştirakçılarından biri biri 38 yaşlı amerikalı sahibkar Cered İsakmandır. Amerikalı milyarderin bu ziyarət üçün nə qədər ödəniş etdiyi açıqlanmayıb. Ancaq kosmos biletinin on milyonlarla dollara başa gəldiyi təxmin edilir. Cered İsakman bu səyahət haqqında danışarkən sıfır risk deyilən bir şeyin olmadığını, 28 min kilometrlik səfərlərdə müəyyən riskləri ehtimal etdiyini bildirib. 

Digər sərnişinlər isə xərçəng xəstəliyinə qalib gələn 29 yaşlı Heyli Arkenaux, ABŞ Hava Qüvvələrinin səlahiyyətlisi 42 yaşlı Kris Sembroski və 51 yaşlı coğrafiya professoru Sian Proktordur.

Qeyd edək ki, bundan əvvəl "Virgin Galactic” ve "Blue Origin” tərəfindən təşkil olunmuş kosmik turlar çox qısa çəkmişdi. Bu dəfə sərnişinlər üç gün kosmosda qalaraq yeni bir rekorda imza atacaqlar.

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR