Kriptovalyuta bazarında görülməmiş oğurluq
15:01 / 12.08.2021
1155
Haker mərkəzləşdirilməmiş maliyyə şəbəkəsi olan "Poly Network”dan təxminən 600 milyon dollar dəyərində kriptovalyuta oğurlayıb.
Sfera.az "investing.com” saytına istinadən xəbər verir ki, bu, sektorda ən böyük oğurluq faktıdır.
"Poly” şəbəkəsindəki bir zəiflikdən istifadə edən haker böyük məbləğdə pulun oğurlanmasına nail olub. Şəbəkə idarəçiləri oğrudan pulun geri qaytarılmasını xahiş edib və bu məqsədlə ona bir neçə hesab təqdim ediblər.
Oğru pulların bir hissəsini geri qaytarıb. Şəbəkə 265 milyon dollardan çox geri ödənişin olduğunu bildirib. Kriptovalyutanı oğurlayan şəxs isə bu hərəkətini əylənmək məqsədilə etdiyini iddia edib.
Vasif
Sfera.az