Logo

"Chrome" brauzeri Azərbaycan internet bazarında liderliyini davam etdirir

"Chrome" brauzeri Azərbaycan internet bazarında liderliyini davam etdirir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2021-ci ilin iyulunda Azərbaycanın internet bazarında "Google Chrome” brauzerinin payı iyun ayı ilə müqayisədə 1,64 faiz artıb.

Sfera.az  bu barədə "Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

Statistikaya əsasən, "Chrome” brauzerinin bazarda payı 78,7 faiz təşkil edib.

"Safari” brauzerinin iyul ayında payı iyunla müqayisədə 1,67 faiz azalaraq 9,13 faiz təşkil edib.

"Samsung Internet” brauzerinin payı 0,22 faiz artaraq 5,15 faizə bərabər olub.

Eyni zamanda, iyul ayında "Opera” brauzerinin internet bazarında payı 0,19 faiz artaraq 3,53 faiz təşkil edib.

"Yandex Browser” brauzerinin payı 1,22 faiz, "Microsoft Edge"in payı 0,63 faiz təşkil edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR