Azərbaycanda ən populyar axtarış sisteminin adı açıqlandı
23:50 / 10.08.2021
1920
2021-ci ilin iyulunda Azərbaycanın axtarış sistemi bazarında 92,54 faiz paya sahib olan "Google" ölkədə ən populyar axtarış sistemi kimi qalmaqda davam edib.
Sfera.az bu barədə "Global Stats” statistika mərkəzinə istinadla məlumat verir.
İyun ayı ilə müqayisədə "Google" axtarış sisteminin payı 1,09 faiz azalıb.
Hesabat dövründə "Yandeks" axtarış sisteminin payı 4,01 faiz artaraq 6,03 faiz təşkil edib.
"Bing" axtarış sisteminin payı 0,56, "Yahoo"nun payı isə 0,44 faizə bərabər olub.
Azərbaycanın axtarış sistemi bazarında 0,43 faiz digər axtarış sistemlərinin payına düşüb.