“Subaru” 165 min avtomobili geri çağırır

“Subaru” 165 min avtomobili geri çağırır
Yaponiyanın aparıcı avtomobil istehsalçısı "Subaru” şirkəti 165 min avtomobili geri çağırır. 
 
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb isə nəqliyyat vasitələrinin yanacaq nasosunda qüsur olmasıdır. 
 
Məlumata görə, bu qüsur hərəkət zamanı mühərrikik qəfil dayanmasına səbəb ola bilər. Bu isə qəza riskini xeyli artırır.
 
Avqustun 29-da start götürəcək geriçağırma kampaniyası əsasən ABŞ bazarına ünvanlanıb.
 
Geriçağırma kampaniyası 2018-ci ildə istehsal edilmiş "Ascent” və "Forester”, eləcə də 2018-2020-ci illərin buraxılışı olan "Impreza”, "Legacy” və "Outback” modellərini əhatə edəcək.
 
Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR