“Sahil”də unikal formatlı elektronika mağazası təqdim olundu - FOTOLAR

“Sahil”də unikal formatlı elektronika mağazası təqdim olundu - FOTOLAR
Ölkənin lider şəbəkələrindən olan "Kontakt” smart konseptli "Sahil” mağazasını tam yeni formatda müştərilərinə təqdim etdi. 

"Kontakt”ın unikal dizaynlı mağazası Sahilə yeni gənclik dalğası gətirdi. Çünki bu mağaza ruhu gənc olan hər kəsin ürəyinə yaxın olan atmosferi özündə cəmləşdirir. Bunu nəzərə alan "Kontakt” açılış mərasimini də məhz bu yöndə etdi. 

Beləliklə, "Sahil” mağazasının rəsmi açılış mərasimində ziyarətçilər texnolojı suallara cavab tapıbdılar, Playstation oyunları oynadılar, sosial şəbəkələr üzərində müsabiqələrə qoşuldular. 
 


Bu sevinc yalnız oyun həyəcanı ilə bitmədi, çünki oyunlarda iştirak edənlər həm də şəbəkədən çox dəyərli hədiyyələr qazandılar.
 


Üstəlik açılışa özəl 50 %-dək endirim və 18 ayadək faizsiz kredit kampaniyasından da yararlandılar. 

Bütün bunların canlı şahidi olmaq üçün videonu izləyin.

BÜTÜN SMART MƏHSULLAR BİR ARADA

"Sahil” mağazasının 1-ci mərtəbəsində smartfonların, notbukların, planşetlərin, elektrikli nəqliyyat vasitələrinin və velosipedlərin, 2-ci mərtəbəsində isə televizorlarının geniş çeşidi təqdim olunub. 
 


Əlavə olaraq, mağazaya skuterlə gələn müştərilər nəqliyyatını mağazanın çölündə saxlamağa məcbur olmayacaq, elə onunla mağazada hərəkət də edə biləcəklər. 
 

Mağazada hətta hərəkət xətləri, parkinq zona və piyada keçid zolaqları da mövcuddur.
 


Bu unikal mağaza barəsində çox danışmaq olar, yaxşısı öz gözlərinizlə görməkdir. Çünki açılışa özəl endirim kampaniyası hələ davam edir!

AÇILIŞA ÖZƏL 50 %-DƏK ENDİRİMLƏR, ÇOX SƏRFƏLİ KREDİT ŞƏRTLƏRİ

Açılış münasibətilə iyulun 18-dək "Sahil” mağazasının müştərilərini:

- Nağd alışda hər növ smart məhsula 50 %-dək endirimlər;

- Kreditlə alışda isə smartfonlara, elektrikli nəqliyyat vasitələrə və velosipedlərə 12 ay faizsiz, bütün televizorlara isə 18 ay faizsiz təkliflər gözləyir.

Beləliklə, açılış münasibətilə "Kontakt Smart – Sahil” mağazasında:

- Uşaqlar üçün hiroskuteri ayda 29,20 manat;

- Samsung Galaxy A12 smartfonunu ayda 27,5 manat;

- 81 sm-lik Smart Samsung televizorunu ayda 38,89 manat ödəməklə əldə edə biləcəksiniz. 
 


Qeyd edək ki, "Kontakt” hazırda "Dyson”, "Electrolux”, "WAHL”, "Toshiba”, "Black&Decker”, "Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distribyuteri, "Samsung”, "LG”, "Bosch”, "Huawei”, "Realme”, "Sony”, "Panasonic”, "BQ”, "Sonorous”, "Elari”, "Thomas”, "Beurer”, "Karcher”, "H Gala”, "Cassore”, "Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distrübyuteri, "Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.

Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 31 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərir. Sizə ən yaxın "Kontakt Home” mağazasını buradan tapa bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...