Nazirlikdən "Whatsapp"la bağlı VACİB AÇIQLAMA

Nazirlikdən
Ani mesajlaşma və mübadilə sistemi votsapın ("WhatsApp”) istifadəçilərinin şəxsi məlumatlarının feysbuk və ona məxsus digər sosial şəbəkələrdə istifadəsi ilə bağlı tələblər qanunu pozmur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.

"Hər bir istehlakçının elektron məhsul, mobil xidmətlər və tətbiq proqramları əldə edərkən onun istifadə qaydaları, təhlükəsizlik şərtləri barədə məlumat almaq hüququ var. İstehlakçı bu hüquqdan istifadə edərək proqramın ona uyğun olub olmamasını özü müəyyən etməlidir.

Mobil tətbiq proqramlarının istifadə və təhlükəsizlik şərtlərində dəyişikliklər edilməsinə gəlincə, şirkət istifadəçilərini informasiya siyasətinin dəyişməsi haqqında məlumatlandıraraq, onlara seçim imkanı yaradır. Belə olan təqdirdə alternativ sosial şəbəkələrin olmasını nəzərə alaraq istehlakçılar digər tətbiqlərdən istifadəni seçməkdə sərbəstdilər. Bu səbəbdən "İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında qanun pozulmamış hesab olunur.

Dövlət Xidməti mobil tətbiqlərlə əlaqədar müraciətlərin daxil olmasını nəzərə alaraq istehlakçılara tövsiyyə edir ki, həmin proqramlardan istifadə edərkən diqqətli olsunlar. Əvvəlcədən həmin proqramlar barədə ətraflı məlumat əldə edərkən, tətbiqin istifadə şərtləri ilə diqqətlə tanış olduqdan sonra qəbul etsinlər. Fərdi məlumatların digər şəxslərə ötürülməsinin qarşısını almaq məqsədilə istifadəçilərə şübhəli keçidlərə daxil olmamaları, kart məlumatlarından məhdud şəkildə və yalnız etibarlı mobil tətbiqlər vasitəsilə istifadə etmələri tövsiyə olunur”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, votsap bu il yanvarın 10-dan 2 milyarda qədər istifadəçisinə yeni məxfilik siyasəti ilə bağlı müqavilə göndərməyə başlayıb və istifadəçilərə fevralın 8-ə kimi yeni qaydaları qəbul etməyən smartfonlarda mobil tətbiqin işləməyəcəyi bildirilib. Yeni qərardan sonra istifadəçilərin kampaniyalar keçirməyə başlaması, onların arasında sonsuz sayda şübhələr və məlumat sızması riskinin yüksək olacağı ilə bağlı fikirlər bu tarixin 15 maya qədər uzadılmasına səbəb olmuşdu.

Votsapın bu qərarından sonra bir sıra ölkələrin, o cümlədən Türkiyənin rəqabət qurumu feysbuka (mobil tətbiqdə istifadə və təhlükəsizlik şərtlərində dəyişikliklər edilməsi ilə əlaqədar) müraciət edib. Qurumun müraciətində deyilir ki, yeni qaydalar Türkiyə vətəndaşlarının fərdi məlumatlarının qorunması ilə bağlı qaydalara ziddir və bu səbəbdən də həmin qaydalara Türkiyədən olan istifadəçilər üçün yenidən baxılsın. "Facebook” isə rəsmi açıqlamasında həmin müraciəti nəzərə alaraq şərtlərə yenidən baxacaqlarını bəyan edib. // "Report"


OXŞAR XƏBƏRLƏR

PA rəhbəri Humeyd Obeyd Abuşibslə görüşdü - FOTO

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd O...

İsmayıllıda FACİƏ: 25 gün əvvəl doğulan körpə ölü tapıldı

İsmayıllıda körpə müəmmalı şəkildə ölüb.   Sfera.az bildirir ki, hadisə Qaraqaya kəndində qeydə alınıb.   25 gün əvvəl Bakı şəhərindəki xə...

Üç prokurorluq əməkdaşı vəzifədən azad olunub

Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşı intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bu haqda ...

"Yalı çapkını"ndan sonra bu serialda rol alacaq -FOTO

Türkiyəli aktrisa Beril Pozamın yeni işi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Kıskanmak" serialında rol alacaq. O, ekran iş...

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...