Xalq artisti: \"Qızıma ermənipərəst demək şərəfsizlikdir\" - YENİLƏNİB

Xalq artisti: \

16:59

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruz qızının məşhur erməni Georgi Kotdan ustad dərsləri almaq üçün Soçiyə səfər etməsi haqqında yayılan məlumata aydınlıq gətirib. 

O, AzNews.az-a açıqlamasında qızı Şəfəq Novruzqızının hazırda Soçidə olması ilə bağlı məlumatın yalan olduğunu deyib: "Şəfəq Bakıdadır. O, bu gün telefonlara cavab verə bilmir. Hazırda 14 gəlini var, onların bəzəyi ilə məşğuldur. Cılız və yalançı vətənpərvərlik bizimkiləri öldürəcək. Onun Soçiyə getməsi il yarım bundan əvvəl olub. Əvvəla, Georgi Kot erməni deyil, abxazdır. O, Rusiyanın bir nömrəli stilistidir. Şəfəq onun əl işlərini görüb, bəyənib. Baxıb ki, bilmədiyi şeylər var, öyrənməlidir. Azərbaycana qayıdandan sonra kiflənib toz basanlar, inkişaf etmək istəməyən insanlar bunu qısqanmağa başladılar. Georgi Kotun Şəfəqin əl işlərindən xoşu gəlib və onun işlərini reklam etməyə başlayıb. Şəfəq onu Azərbaycana dəvət eləmək istəyirdi. Amma erməni söhbətindən sonra fikrimizdən daşındıq, mən də qoymadım". 

R.Novruz qeyd edib ki, bu söhbətdən sonra qızı məşhur İraq stilisti Sabir Kocadan dərs alıb: "Şəfəq onu Bakıya dəvət elədi. Onun Azərbaycana gəlməsi bunlara pis təsir edib. Həmin tədbirdən sonra Şəfəq ustad dərsləri demək üçün Tehran, Hindistan və başqa ölkələrdən dəvət aldı. Şəfəqin adı Amerika mətbuatında yer aldı". 

Xalq artisti vurğulayıb ki, qızı haqqında məlumat yayanlar əllərindən iş gəlməyən və yerində sayanlardır: "Onun bu uğurları bəzilərini didir, niyə məhz Şəfəq? İndi Şəfəq başqa ölkələrdən dəvət alıb deyə ona qarşı kampaniya yenidən başlayıb. Başqa yol tapa bilmirlər. Şəfəq heç vaxt erməni ilə bir arada olmaz. Mənim Biləsuvarda yaşadığım küçədə 8 şəhid var, onun 2-si qohumumdur. Bu, qızımın ünvanına deyilən vicdansızcasına bir böhtandır. Qızım Bakının ən tanınmış stilistlərinin xarici ölkələrdə tanınmasını istəyir".

Qeyd edək ki, Bakının tanınmış gözəllik salonlarının "Ambassade de LaBeaute" saç ustaları və məşhur stilist Georgi Kotdan ustad dərsləri almaq üçün Soçiyə səfər etmələri ilə bağlı məlumat yayılıb. Onların arasında xalq artisti Ramiz Novruzun qızı Şəfəq Ramizqızına məxsus "Şəfa studio"nun tanınmış stilistlərinin də adı hallanır. 

---------

Sfera.az bildirir ki, tanınmış aktyor azvision.az-a açıqlamasında deyib ki, qızının paxıllığını çəkən insanlar onu ləkələmək istəyirlər.

"Mənim haqqımda da mətbuatda bir dəfə "ermənipərəst xalq artisti" yazmışdılar. Bu yaxınlarda əmim nəvəsi, dörd qan qohumum şəhid olub. Mənə və qızıma ermənipərəst demək ən azı şərəfsizlikdir. Şəfəq il yarım bundan qabaq Rusiyada məşhur bir adamın, yəni Georgi Kotın ustad dərsində olub.

Putin Georgi Kotu Rusiyada stilistlərin prezidenti elan edib. Şəfəq onun əl işlərinə baxıb. Şəfəq onunla görüşəndən sonra bilib ki, Georgi Kotın anası ermənidir. Şəfəq onu Azərbaycana gətirmək istəyirdi. Mən bunu biləndən sonra qızıma dedim ki, onu bura gətirmək düz olmaz. İnsanlar bunu birmənalı qarşılamayacaqlar. Şəfəqi master dərslər demək üçün Tehrana və bir neçə ölkəyə dəvət ediblər. Qızımın adını erməni ilə hallandırmaq istəyən insanlar onun uğurlarına paxıllıq edənlərdir. Özləri bacarmırlar, əllərindən bir iş gəlmir. Bunların hamısı qısqanclıq və paxıllıqdan irəli gəlir". 

Qeyd edək ki, Bakının ən tanınmış gözəllik salonlarının saç ustaları və stilistlər məşhur erməni Georgi Kotdan ustad dərsləri almaq üçün Soçiyə gediblər.

Yerli KİV-də yayılan xəbərə görə, paytaxtın məşhur gözəllik salonları "Ambassade de LaBeaute" və xalq artisti Ramiz Novruzun qızı Şəfəq Ramizqızına məxsus "Şəfa studio"nun tanınmış stilistləri bu günlərdə Rusiya və digər ölkələrdə məşhurluq qazanan erməni stilisti Georgi Kotdan ustad dərslər alıblar. Bu azmış kimi azərbaycanlı stilistlər sosial şəbəkələrdə fəxrlə erməni Kotla olan səmimi fotolarını paylaşıblar.

"Ambassade de LaBeaute"nin əməkdaşı bu cür çoxlu foto paylaşaraq belə bir şərh yazıb: "Salonun Rəna Qayıbova, Ellada və Eyvaz Kotun Soçidəki "Fashion Studio"dakı seminariyasında iştirak edib".


OXŞAR XƏBƏRLƏR

Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ

ATM-lərdə yerləşdirilən gizli qurğular – skimmerlər bank kartınızın məlumatlarını oxuya, gizli kamera və ya saxta klaviatura isə PIN kodunuzu ələ keçirə b...

Daha bir tiktoker azadlığa buraxıldı

Ötən ilin dekabrında həbs edilən tiktoker Elvin Abdullazadə azadlığa buraxılıb.   Sfera.az istinadən xəbər verir ki, onun vəkili Pəhlivan Aslanov tik...

Ledi Qaqa Ginnesin Rekordlar Kitabına düşdü -Madonnanı qabaqladı

Ledi Qaqa Braziliyanın Rio-de-Janeyro şəhərində konsert verib. O, qadın musiqiçilər arasında tamaşaçı sayına görə rekorda imza atıb.   Bu barədə Ginn...

Bakıda əməliyyat keçirildi: 2 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə daxilində narkotiklərin yayılması...

Ərdoğan Pezeşkianla telefon danışığı apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə &...

Axtarışa verilmiş şəxs Ukraynadan Azərbaycana gətirildi

Beynəlxalq axtarışa verilmiş daha 1 şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunub.   Bu barədə Sfera.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məl...