Logo

"WhatsApp"da yeni funksiya işə salınacaq

"WhatsApp"da yeni funksiya işə salınacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"WhatsApp" messenceri danışıq tarixçələrinin "iOS" və "Android" əməliyyat sistemləri arasında köçürülməsini asanlaşdıracaq funksiyanı işə salmağı planlaşdırır.

Sfera.az xəbər verir ki, yeni funksiya həm dialoqların, həm də faylların, eləcə də mediafaylların bir qurğudan digərinə köçürülməsini nəzərdə tutur.

Hazırda bu cür köçürülmə yalnız əlavə proqramların istifadəsi ilə mümkündür.

Bu funksiyanın hazırda sınaq mərhələsində olduğu və "WhatsApp"ın növbəti yenilənmələrinin birində işə düşəcəyi deyilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR