Logo

Azərbaycanın köhnə maşın problemi - RƏQƏMLƏR

Azərbaycanın köhnə maşın problemi - RƏQƏMLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycanda maşınlar getdikcə köhnəlir, yenilənmə çox zəif gedir. 

Sfera.az xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev deyib.

O bildirib ki, təyinatından - minik, yük, avtobus - asılı olmayaraq bütün növ avtomobillərdə yaşı 5 ilə qədər olanların payı 2014-cü ildə 16% olduğu halda, 2019-cu ildə 4%-ə düşüb:

"Yəni hər gün qarşımıza çıxan və ya xidmətindən istifadə etdiyimiz hər 25 maşından cəmisi biri yenidir. Hər 5 maşından 4-ünün yaşı isə 10 ildən çoxdur”.

Ekspertin sözlərinə görə,  2014-2019-cu illər ərzində yeni maşınların sayı 3,6 dəfə azaldığı halda, 10 yaşdan yuxarı olanların sayı 35,8% artıb:

"Maşın parkında 86% paya malik minik avtomobillərində vəziyyət daha gərgindir. Minik avtomobillərinin payı 6 il ərzində 17%-dən 4%-ə düşüb. 2019-cu ildə ölkədəki 1,2 milyon minik maşınlarının cəmisi 51,2 mini yenidir”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR