Logo

Selcuk Bayraktar “World Net Summit” onlayn konfransında çıxış edəcək

Selcuk Bayraktar “World Net Summit” onlayn konfransında çıxış edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və "FA International Trade Events” MMC-nin birgə təşkilatçılığı ilə "InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində keçirilən "World Net Summit” beynəlxalq onlayn konfransı bu gün davam edəcək.

Bu barədə Sfera.az-a Nazirlikdən məlumat verilib.

Bu gün tədbirdə "Baykar Makina” şirkətinin texniki direktoru Selcuk Bayraktar yüksək texnologiyalar və innovasiyalar haqqında çıxış edəcək. O, çıxışında startap ekosisteminin, o cümlədən hərbi milli sənaye hərəkatının inkişafında dronların əhəmiyyətli rolundan bəhs edəcək.

Xatırladaq ki, ölkəmizdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə 2018-ci ildən keçirilən beynəlxalq "InnoWeek – İnnovasiya həftəsi”​ çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər təşkil olunur. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə innovasiya ekosistemi sürətlə inkişaf edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR