Logo

İnstaqram bəzi ölkələrdə işini dayandırdı

İnstaqram bəzi ölkələrdə işini dayandırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Dünyanın bir sıra ölkələrində instaqram sosial şəbəkəsinin işində problemlər yaranıb.

Sfera.az xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən "Downdetector” xidmətinin saytında bildirilir.

Sosial şəbəkədən ən çox şikayətlər Böyük Britaniyadan, Polşadan, Macarıstandan, İtaliyadan, Fransadan və Avropanın digər başqa ölkələrindəndir. İstaqrama girişlə bağlı çətinliklər həmçinin ABŞ-da, Braziliyada və Argentinada da müşahidə olunur.

Xidmətin məlumatına görə, istifadəçilərin əksəriyyəti (təxminən 60 %) xəbər lentinə baxışla problemlərlə üzləşiblər. Bununla yanaşı, təxminən 15 % istifadəçi sosial şəbəkədə paylaşım edə bilmir. Eyni zamanda istifadəçilərin 23 %-i bildirib ki, fəaliyyət tarixçəsinə baxmaqdan məhrum olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR