Logo

Rusiya məhkəməsi "Google" şirkətini cərimələyib

Rusiya məhkəməsi "Google" şirkətini cərimələyib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyada Moskvanın Taqanka rayon məhkəməsi "Google” LLC şirkətini axtarış sistemləri ilə bağlı qanunvericiliyi təkrar pozduğu üçün 20 min dollardan çox məbləğdə cərimələyib.

Sfera.az xəbər verir ki, məhkəmənin qərarına əsasən "Google” axtarış sistemi Rusiya ərazisində fəaliyyəti məhdudlaşdırılmış saytlar barədə nəticələri qadağaya baxmayaraq istifadəçilərə təqdim edib.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında Rusiyada qüvvəyə minən qanuna əsasən axtarış sistemləri ölkə ərazisində qadağan olunmuş informasiyanı filtrləməli və axtarış nəticəsi olaraq təqdim etməməlidir. "Google” bu reyestrə qatılmaqdan imtina edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR