"Xiaomi" avtomobil istehsal edəcək
Kateqoriya məlum deyil
Çinin mobil telefon istehsalçısı "Xiaomi" avtomobil istehsal edəcək.
Sfera.az xəbər verir ki, hazırda şirkət modelin hazırlanması üzərində işə başlayıb.
Yeni avtomobil barədə təfərrüatlar açıqlanmasa da, onun off-roder olacağı deyilir.
İlkin məlumatlara görə, "Xiaomi" avtomobili görünüşcə "Suzuki Jimny" və ya "Mercedes G-class"a bənzəyəcək.
Avtomobilin nə vaxt təqdim olunacağı barədə məlumat verilməyib.






