Maradona dünya çempionluğu forması ilə xeyriyyəçilik etdi - FOTO

Maradona dünya çempionluğu forması ilə xeyriyyəçilik etdi - FOTO
 Argentina milli komandasının keçmiş futbolçusu Dieqo Maradona xeyriyyə aksiyası keçirib.

Sfera.az xəbər verir ki, sabiq hücumçu qızıl medal qazandıqları 1986-cı il dünya çempionatındakı avtoqraflı futbolkası ilə 90 kq ərzaq məhsulu, maska və antiseptika toplayıb. Onların hamısı Rene Favaloro rayonunun sakinləri arasında bölüşdürüləcək.
 
Qeyd edək ki, aksiya paytaxt Buenos-Ayres ətrafındakı kasıb sakinlərə dəstək məqsədilə təşkil olunub. Əvvəlcə formanı hərracda satmaq planlaşdırılıb. Lakin sonradan futbolkanın daha çox yardım edənlər arasında oynanılması qərara alınıb. (report)


OXŞAR XƏBƏRLƏR