“Rəsmi nikah gözlənilmir…” - Xalq artisti 15 illik sevgilisindən danışdı
"Mən o insanla ürək dostuyam. Rəsmi nikah hələ ki, gözlənilmir. Bizdə başqa cür başa düşülür. O dəqiqə ağıla ayrı şeylər gəlir. Üzr istəyirəm, bizim aramızda intim yoxdur, platonik istək var”. Bu sözləri "Qafqazinfo”ya açıqlamasında xalq artisti Firəngiz Mütəllimova bildirib. Aktrisa 15 ildir ki, münasibətdə olduğu şəxs barədə açıqlama verib: "Həmin şəxs Azərbaycanda deyil, çox uzaqlardadır. Onunla görüşürəm, dərdləşirəm, çox istəyirəm. İnsanlar başqa tərəfə yozmasın, mənim əsl sevgim ailəmə