Ancelina Coli analıq hüququndan məhrum edilə bilər
Aktrisa Ancelina Colinin analıq hüququndan məhrum edilməsi barədə xəbərlər yayılıb. Sfera.az axşam.az -a istinadən xəbər verir ki, Coliyə qarşı səsyazısı peyda olub və bu səsyazısı məhkəməyə təqdim olunsa, uşaqlar onun əlindən alına bilər. Səsyazısının nədən ibarət olması barədə məlumat verilmir. Qeyd edək ki, ötən gün Ancelina Coli Bred Pittin uşaqlara qarşı kobud rəftarı ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib. O, iddia edir ki, Pitt, hətta, bir dəfə Meddoks adlı oğuna əl də qaldırıb.