Könül Xasıyevanın səhhəti pisləşdi
Xalq artisti Könül Xasıyevanın səhhəti pisləşib. Sfera.az -ın məlumatına görə, ağrılar içində Lent.az -a danışan xalq artisti bildirib ki, 2 ildir, səhhətindəki problemlərlə mübarizə aparır: "Özümü çox pis hiss edirəm. Onurğa sütunumda problem var. Bundan başqa şəkərim var. Öz ağrı-acılarımın mətbuata çıxmasını istəməzdim. Bu mənim problemimdir. İstəməzdim ki, məni belə görsünlər. İndi ağrılarım çoxdur, vallah çox danışa bilmirəm. Hər gün ağrıkəsici vurulur. Yanımda bacım, xalam qızı qalır.