Tanınmış meyxanaçının son vəziyyəti: “Əməliyyatdan sonra heç kimi görmək istəmirdim” - VİDEO
Kateqoriya məlum deyil
İnsanın canı ağrıyanda, gözü heç nəyi görmür. Əməliyyatdan sonra heç kimi görmək istəmirdim. İstəyirdim, sakitlik olsun.
Sfera.az xəbər verir ki, bunu tanınmış meyxanaçı Sadıq Mustafayev deyib.
ATV-də yayımlanan "Şou ATV” verilişinin çəkiliş qrupu onu xəstəxanada ziyarət edib. Kor bağırsağından əməliyyat olunan söz ustadı səhhətindən danışıb:
"Bütün dostlarım narahatdır. Məni ziyarət edirlər. İki-üç gün bir az ağrıdım, amma getdikcə ağrılarım daha da çoxaldı. Həkimlər söylədilər ki, əməliyyat olunmalısan. Həkim deyir ki, nə qədər çox gəzsən, bir o qədər yaxşıdır. (oxu.az)






