Xatundan şillə kimi atmaca: “Onun adı heç vanna otağında da yadıma düşmür” - VİDEO

Xatundan şillə kimi atmaca: “Onun adı heç vanna otağında da yadıma düşmür” - VİDEO

Ekrana çıxıb, əməliyyat edən sənətçilərə söz atıram. Ad da çəkmirəm. Ad çəkmədiyim halda, həmin adam mənimlə qalmaqala başlayır. 

Sfera.az xəbər verir ki, bunu məşhur müğənni Xatun Əliyeva ARB TV-də yayımlanan "Show News” maqazin proqramında söyləyib.

Qalmaqallı fikirləri ilə gündəmə gələn sənətçi adını çəkmək istəmədiyi həmkarının bostanına daş atıb:

 

"Onun adı heç vanna otağında da yadıma düşmür. Bu insan səninlə söz savaşına çıxır. Əgər sənin adını çəkməmişəmsə, nəyə görə özünü ortalığa atırsan? Demək, sən özünü mənimlə reklam etmək istəyirsən.

Heç vaxt istəmərəm ki, adım o insanın adı ilə birgə hallansın. Layiq bilmirəm. Yaşam və həyat tərzim həmin şəxslə ziddiyyət təşkil edir”.

O, sənət yoldaşı Günay İbrahimlinin müğənnilərin əməliyyatları haqqında verdiyi müsahibəni yada salaraq, ona vəkillik edib, bu məsələdə tərəfini saxlayıb:

"Günay İbrahimli əməliyyat olunan müğənnilə haqqında pafoslu müsahibə verdi. Mənim adımı çəkməyib. İndi durub deyim ki, "Günay, sən mənə atırsan o sözü?” O, öz fikrini bildirib. Mən bu barədə hər hansısa bir şərh bildirsəm, qayıdıb deməz ki, "Sənə nə? Sənin adını çəkmişəm? Bütün bunların günahı "Instagram”dır. Göz biz nə günə qalmışıq ki, oturub bizi "obsujdat” (müzakirə - red.) edirlər! Artıq bizim üçün yazılan şərhlərin də mənası bitib. Yazılan şərhlər vecimizə də deyil”. (oxu.az)



OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...