“Adam utanır, iki nəfər səsi olmayanı...” - Röya bayağı müğənnilərdən danışdı

Maqazin
13:50 / 16.01.2020
1542
Xalq artisti Röya Ayxan "Zümrüdlə şən bazar” verilişində qonaq olub.
Sfera.az xəbər verir ki, o, gündəmdə olan bayağı müğənnilərin tənqid edilməsini düzgün saymadığını bildirib:
"Çox gözəl sənətkarlar sənətimiz barədə elə sözlər deyir ki, adam utanır. İki nəfər səsi olmayanı ortalığa qoyub bu sözləri hamıya şamil etmək olmaz. Trendlər normaldır, bu il filankəsdi, gələn il başqasıdır. Bunlar olmalıdır də. Tək Röyayla, muğamla səhnəni saxlamaq olmaz. Sənətkarlar trenddə olanlardan danışanda qulaq asmaq istəmirəm. Onlar bu gün var, sabah olmayacaq. Niyə xatirlərində pis qalaq? Adam mahnı yazdırıb, xərc çəkib, efirə çıxır. Niyə onları əzirik? Gələn il onların yerinə təzəsi gələcək”. (yeni sabah)