Logo

“Uşaqları diləndirib..” – Fatiməyə fırıldaqçılıq xəbərdarlığı - Video

“Uşaqları diləndirib..” – Fatiməyə fırıldaqçılıq xəbərdarlığı - Video
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Tanınmış rəqqasə Fatimə Fətəliyeva yardım aksiyasında iştirak edib.

Sfera.az xəbər verir ki, o bu haqda sosial şəbəkədə paylaşım  edib.

"Bu gün növbəti yardım aksiyamızı gerçəkləşdirdik. Var olsun qrupumuzda fəaliyyət göstərən həyatsevər dostlarımız. Bu gün 30 ailəyə bayram bazarlığı apardıq”.

Rəqqasə yardım istəyənlərdən birinin saxtakarlığını da ifşa edib:

"Bu ailənin yardıma çox ehtiyacı var. Hər kəsdən xahiş edirik, bu ailəni nəzarətdə saxlayın. Bu ailənin evi bərbad vəziyyətdədir, uşaqlar yara töküb, uşaqlara geyimlər alınıb, amma hər dəfə bu ailəyə yardıma gediləndə görülür ki, uşaqlar geyimsizdir”.

Aparıcı Humay Muxtarova da Fatimənin bu paylaşımına rəy yazaraq həmin qadının fırıldaqçı olacağı ilə bağlı xəbərdarlıq edib:

"Bu qadının psixi problem var. Yazıq uşaqlar, ürəyim parçalandı. Uşaqları diləndirib xəstə  edirlər, aldıqlarınızı da aparıb satır bu nankorlar”.

Fatimə rəylərdə ona "Sağ əlin etdiyini sol əl bilməməlidir. Nə edirsən et, gizli et, paylaşma burada” yazan izləyicisi ilə də söz savaşına çıxıb:

"Nə zay-zay danışırsınız, ay insan? Bunu paylaşmağımın səbəbi var. Bu insanlara yardım lazımdır!”

Həmin görüntüləri təqdim edirik:

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR