Rozanın əsl adı görün nə imiş - Müğənni hamıdan gizlətdiyi bu sirrini ilk dəfə etiraf etdi - Video

Sfera.az xəbər verir ki, "Qafqazinfo” müğənni və oğlu ilə görüşərək onların mövzu barədə fikirlərini öyrənib. C. Qafarov fəaliyyətindən bəhs edərək onu seçkilərdə iştirakına görə, qınayanlara münasibət bildirib.
Corcun uşaqlığından, bioloji anasından danışan Roza Zərgərli adının Leyla olduğunu açıqlayıb. Müğənni bunu ilk dəfə etriaf etdiyini deyib:
"Corcun bioloji anası Leyla xəstəxanaya düşdü, 6 aylıq müalicədən sonra dünyasını dəyişdi. Mən onda Corca ana deyildim, anasının rəfiqəsi idim. Leyla qapıdan çıxandamənə dedi ki, "Roza, sənin adın Leyladır. Biz səninlə adaşıq”. Mən onda şok yaşadım. Mənim Quranla qulağıma oxunan adım Leyladır. Bunu anamdan, atamdan və yoldaşımdan başqa bilən yoxdur və o qadın məni tanımırdı, o bunu bilə bilməzdi. Mən bunu böyük qüvvələrə bağlayıram.
O mənə dedi ki, "Mənim səndən bir ricam var, mən olmasam, Corcdan da, Jerardan da muğayat ol”.