Logo

“İndiki zamanda “mujik” olmaq çətindir” - Cavanşir Məmmədov

“İndiki zamanda “mujik” olmaq çətindir” - Cavanşir Məmmədov
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əməkdar artist Cavanşir Məmmədov ARB TV-də yayımlanan "Ona qalsa” proqramının qonağı olub.

Sfera.az xəbər verir ki, sənətçi yenə də qalmaqallı fikirləri ilə diqqət çəkib.

O, kişi olmağın çətinlikləri barədə söz açıb:

"Qadın olmaq asandır, xanım olmaq çətindir. Biz kişilər qadınlara nisbətən kobuduq. Bəzi şeylərdə qabağa düşüb, söz deyirik. Hörmət xatirinə deyilən söz var, biri də var əsl xanımla danışanda ehtiyatlı olursan. Qadın şaqqıldamalı deyil, gülməlidir. Güləndə 32 dişi görünməməlidir. Yerişi, duruşu, ağlamağı, gülməyi, müraciəti xanım kimi olmalıdır. Amma bu, heç bir kitabda yoxdur. Yaxud deyirlər ki, kişi deyilsən? O kişilik kitabı haradadı, verin oxuyum. Hərənin xüsusiyyəti ayrıdır. Müəyyən qədər yaxşını axtarıb tapmalıyıq, əsl xanımlara xanım kimi yanaşmalıyıq. Elə belə "xanım” deyirik. Onu özümüz bilirik niyə deyirik. İndiki zamanda cənab olmaq, "mujik” olmaq çətindir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR