Logo

“Onun da ailəsi...” - Daha bir müğənnimizdən Elçin Əlibəyliyə sərt sözlər - Video

“Onun da ailəsi...” - Daha bir müğənnimizdən Elçin Əlibəyliyə sərt sözlər - Video
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"O söhbətə mənim nə aidiyyətim var idi, anlamadım. O danışanın (teleaparıcı Elçin Əlibəyli) heç telefon nömrəsi də yoxdur. Baxıb anladım ki, mənim burada heç bir işim yoxdur. Mənim adımı çəkmək onun üçün sərfəlidir”.

Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Söhbətsiz” proqramında deyib. Xanım müğənni teleaparıcı Elçin Əlibəylinin onun ünvanına səsləndirdiyi bir çox ittihamlara cavab verib:

"Instagram” səhifəmdə ad yazaraq, şəklini də paylaşmışdım. Dediyim hər bir cümləmin arxasındayam. Birdən-birə mənim cavabımı vermək eşqinə düşürlər, bunu isə ad çəkmədən, qorxaqcasına edirlər. Haqqımda söylənilənlər qeyri-realdır. Əgər mənim elmi fəaliyyətim kölgə və şübhə altındadırsa, Elmlər Akademiyasında hər şey dəqiqliklə qeyd olunur, araşdıra bilərlər. Qaldı ki ailəmin dağılmasına, heç kim bu hadisədən sığortalı deyil. Onu deyən insanın ailəsi də dağılıb”.

Xatırladaq ki, E.Əlibəyli keçən il Maral Tahirqızı ilə qalmaqalda ona qarşı kampaniyada iştirak edən Lalə Məmmədova barədə sərt fikirlər səsləndirmişdi. O, M Urad Arifin "Youtube”da yayımlanan "Popumuz var” adlı verilişində ad çəkmədən sənətçini saxtakarlıqda ittiham etmişdi. (yeni sabah)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR