Logo

2019-cu ildə ailə quran məşhurlar - FOTO

2019-cu ildə ailə quran məşhurlar - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Artıq 2019-cu il bitmək üzrədir. Bu il də, şou-biznes sahəsində bir çox hadisələrlə yadda qalıb. Tanınmışların bəziləri boşanmaqla, bəziləri valideyn olmaqla, bəziləri isə ailə qurmaqla gündəmə gəlib.

Sfera.az 2019-cu ildə ailə həyatı quran məşhurların siyahısını təqdim edir:

Müğənni Zamiq ikinci dəfə gizlicə evlənib. Sənətçi xəbəri nə təsdiq, nə də inkar edib. Müğənninin həyat yoldaşının bir müddət əvvəl mediada fotosu yayılan Aydan adlı xanım olduğu bildirilir. Evləndiyini açıqlamayan müğəninin bu yaxınlarda oğlu dünyaya gəlib.

2019-cu ildə ailə quran məşhurlar - FOTO

Müğənni Azad Şabanov Toma adlı xanımla ailə qurub. Azad Şabanov proqramların birində həyat yoldaşı ilə musiqi müəlliminin vasitəsilə tanış olduğunu açıqlayıb. Müğənninin toyu mediaya qapalı olub.

2019-cu ildə ailə quran məşhurlar - FOTO

Müğənni Emiliya Yaqubova Tamerlan adlı iş adamıyla evlənib. Emiliya evləndikdən sonra Londona köçüb.

2019-cu ildə ailə quran məşhurlar - FOTO

Müğənni Kazım Can  ikinci dəfə  Brilyant adlı xanımla ailə qurub. Kazım bundan öncə, müğənni Əminə Şirinqızı ilə evli olub.

2019-cu ildə ailə quran məşhurlar - FOTO

Müğənni Əhməd Mustafayev əmisi qızı Səbinə ilə nikah bağlayıb. O, müğənni dostlarına görə Bakıda və qohumları üçün isə Göyçayda toy edib.

2019-cu ildə ailə quran məşhurlar - FOTO

Müğənni Elnar Xəlilov ikinci dəfə şairə Aysel Nəcəfli ilə özünə toy edib. Toydan öncə müğənni nişanlısı ilə ayrıldığını açıqlamışdı. Bəziləri onların gündəmdə qalmaq üçün belə bir xəbər yaydıqlarını düşünürdülər. Müğənninin ilk nikahdan bir övladı var.

2019-cu ildə ailə quran məşhurlar - FOTO

Əməkdar mədəniyyət işçisi Ulduz Sönməzin müğənni qızı Sədaqət Ulduz da bu il ərə gedib. Toyun maraqlı məqamı bəyin iştirak etməməsi idi. Müğənninin həyat yoldaşı iş adamıdır.

2019-cu ildə ailə quran məşhurlar - FOTO

Müğənni Leyla Ramazanlı şou-biznesdə tanınan fotoqraf Kamran Aydınova ərə gedib. Ana olmağa hazırlaşan müğənni hamiləliyinin son aylarını yaşayır.

2019-cu ildə ailə quran məşhurlar - FOTO

Bir müddət əvvəl şou-biznesdən uzaqlaşan, daha sonra isə "Qaya” qrupuna daxil olaraq yaradıcılığına davam edən müğənni Boris Bayramov Günel adlı xanımla evlənib.

2019-cu ildə ailə quran məşhurlar - FOTO

Müğənni Nicat Gözəlov özünə qapalı toy edib. Nicatın ailəsi və yaxınları ilə birgə məşhurlardan da bir neçəsi qatılıb.

2019-cu ildə ailə quran məşhurlar - FOTO

"Vicdan haqqı” serialındakı Fuad obrazı ilə məşhurlaşan aktyor Elşad Süleymanı Səbinə adlı xanımla nikah masasına oturub.

2019-cu ildə ailə quran məşhurlar - FOTO

"İmtahan” serialının aktrisası Aydan Həsənzadə və "Ata Ocağı” serialının aktyoru Tural Ələkbərov ailə həyatı qurub.

2019-cu ildə ailə quran məşhurlar - FOTO

"İmtahan” serialındakı aktyor Elvin Ağayev ikinci dəfə  Elvina adlı xanımla  evlənib.

2019-cu ildə ailə quran məşhurlar - FOTO

Tanınmış prodüser Emin Əfəndi Lalə Əhmədova adlı blogerlə nikah bağlayıb. Emin Əfəndi Xalq artisti Mir Yusifin prodüseridir.(oxu.az)

2019-cu ildə ailə quran məşhurlar - FOTO

Sosial mediada məşhurlaşan azərbaycanlı aktyor Əlixan Rəcəbov İlona adlı modellə ailə qurub. Cütlük bu yaxınlarda boşanıb.

2019-cu ildə ailə quran məşhurlar - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR