“Allaha inanmıram” - Dilarə Kazımova

“Allaha inanmıram” - Dilarə Kazımova
 

Yeni dalğa" festivlaında olanda bizə, "açıq geyinin" deyəndə əsəbiləşirdik. Ancaq getdikcə, başa düşdüm ki, qadın olmaq mənim xoşuma gəlir və qadın olmağın üstünlüklərindən istifadə etməyə başladım. Geyindiklərim açıq-saçıq yox, orta-açıq sayılır.

Sfera.az  axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova Samir Bayramlının aparıcısı olduğu "Söhbətsiz" proqramında deyib.

Sənətçi atasının ölümündən sonra Allaha olan inamını itirdiyini söyləyib:

"Atam dünyasını dəyişəndən sonra Allahdan küsdüm. Nənəm Allaha çox inanırdı. Mən də 12 yaşımda namaz qılmaq istəyirdim. Daha sonra ailəmizdə bu faciə baş verdi. Allaha sual verdim ki, niyə? Axı, mən səni çox istəyirəm. Hər şey düzgündür, yolundadır. Atamın 42 yaşı var idi. İçimdə nəsə sındı. Fikirləşdim ki, daha Allaha inanmaq istəmirəm. Ona inandım, sevgimi verdim. Amma o mənə belə bir faciə yaşatdı. Atamı aldı. Onunla çox yaxın idim".

D.Kazımova eks-həyat yoldaşı Mert Aslanla olan evliliyi barədə də danışıb:

"Həyat yoldaşımla 4 dildə danışırdım- ingilis, Azərbaycan, türk və hərdən də rus. O, memar idi. İstanbulda doğulmuşdu və həmin şəhərdə yaşayırdı. Sadəcə Bakıda işləyirdi. Bir-birimizi başa düşüb ailə qurduq. Çox şadam ki, indi rahatam. 30 yaşımdan sonra ailə qurdum. Anladım ki, mənim adamım deyilmiş. 1 il yarım görüşdük. "Eurovision"dan qabaq evlənmək istədik. Amma planı 6 ay sonraya saxladıq. Sonra sona getmədi.

İnsanlar 20 illik ailəsini sonradan tanıyıb bilir ki, həyat yoldaşı onluq deyilmiş. Mən canımı tez qurtarmışam. Qismətə çox inanıram. Peşman deyiləm. Hər şey öz vaxtında olmalıdır.

Ana olmalıyamsa, olacam. Hara qaçırıq? Rəsmi nikaha girmədən ana ola bilərəm. Bu, qadının şəxsi fikridir. Mənim üçün problem deyil. Dostlarımın arasında özlərinə düzgün adam tapmayıblar, amma ana olublar. Ona övlad lazımdır.

Təbii ki, uşaq normal ailədə doğulmalıdır. Ancaq vəziyyətlər müxtəlifdir. Eləsi var ki, ata da, ana da var, lakin uşağa sevgi verə bilmirlər. Əgər ana uşağına sevgi verə biləcəksə, niyə də olmasın?".


OXŞAR XƏBƏRLƏR

Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, dövlət ...

Dövlət başçısı Kəngərli kəndində inzibati binada yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada...

İsmayıllıda Heydər Əliyevə həsr edilən ümumrayon tədbiri keçirilib - FOTOLAR

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib. Sfera.az xəbər verir ki, tədbir İsmayıllı rayon Heyd...

Medvedyev Zelenskini siçan adlandırdı

Rusiya terrorla məşğul olmur və Ukraynaya gələn AB liderlərinə zərbə endirməyəcək.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası s...

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...