7 gün əvvəl bacısını, indi isə anasını itirdi - Fotolar
Maqazin
12:54 / 22.02.2016
3048
Türkiyəli aktrisa İşıl Yücesoyun anası dünyasını dəyişib.
"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, bacısı Alev Yücesoyun ölmündən cəmi 1 həftə sonra anası Fatma Rəzzaqı itirib.
Aktrisa anasının tabutu başında "Bacımı məndən daha çox sevdin, ana?” deyərək gözyaşlarına boğulub.
Ard-arda acı yaşayan İşıl Yücesoyuı qızı Meneviş Cılızoğlu təsəlli edib.
Cənazə mərasiminə Arsen Gürzap, Bircə Akalay, Erkan Sever, Ayten Uncuoğlu, Serpil Tamur, Yıldız Kültür, Səadət Sun, Ercan Turqut, Özge Özberk, Tuba Büyüküstün və başqa tanınmış simalar qatılıb.
Fatma Rəzzaq Yücesoy Fənərbaxça Məscidindəki cənazə namazının ardından Ihlamurkuyu qəbiristanlığında, qızının məzarı yanında dəfn edilib.