Logo

23 yaşlı model evində ölü tapıldı

23 yaşlı model evində ölü tapıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Meksikalı fitnes model və məşqçi Alondra Vilyanseno Tixuana şəhərində öz evində ölü  tapılıb.

Bu barədə "Mirror” xəbər yayıb.

23 yaşlı qızın meyitini onunla uzun müddət əlaqə saxlaya bilməyən anası aşkarlayıb. Başından güllələnən qızın bədənində bir neçə bıçaq yarası da olub. Cinayət yerində iki torba marixuana və 9 mm-lik güllə tapılıb.

Cinayətin motivləri bəlli deyil. Şahidlər  bir kişinin evdən çıxaraq, avtomobillə getdiyini bildiriblər.

Qeyd edilir ki, Alondra Vilyaseno yerli idman zalında məşqçi  işləyirmiş. Gənc qız internetdə   məşqləri ilə bağlı videolarına görə məşhur olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR