Azərbaycanlı qız “İşte benim stilim”dəki türk qızlarını belə yıxdı sürüdü - VİDEO

Azərbaycanlı qız “İşte benim stilim”dəki türk qızlarını belə yıxdı sürüdü - VİDEO
TV 8-də yayımlanan "İşte benim stilim” dəb müsabiqəsinə daha bir azərbaycanlı qatılıb.
Sfera.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, Ayşən Ocaqverdiyeva 5 ildir Türkiyədə yaşadığını, burada təhsil aldığını vurğulayıb:
"Təhsilimi yeni bitirmişəm. İşləmirəm, 5 ildir ki, İstanbuldayam. İndi sevdiyim bir işi etmək istəyirəm, butik açmaq fikrindəyəm. Modaya marağım var”.
Elə ilk verilişdə azərbaycanlı iştirakçı ilə Bahar arasında kiçik qalmaqal yaşanıb. Ayşən verilişdə kinayəli şəkildə Baharı çox sevdiyini, ona hədiyyə gətirdiyini bildirib. Aparıcı Öykü Serter isə Ayşənin gətirdiyi güzgü və salfetkadan ibarət hədiyyəni Bahara təqdim edib.
Dahga sonra Ayşən niyə bu hədiyyəni seçdiyini açıqlayıb. O, Baharın dodaq boyasının çox olduğunu, güzgüyə baxaraq dodaq boyasının azaltmasını məsləhət görüb. 
Münsif kürsüsündə əyləşən Hakan Akkaya, İvana Sert və Nur Yerlitaş Ayşənin geyim tərzini bəyənərək müsabiqəyə qəbul ediblər.


OXŞAR XƏBƏRLƏR