Fəxri ad alanlarla bağlı açıqlama Xatirənin başına bəla oldu

Fəxri ad alanlarla bağlı açıqlama Xatirənin başına bəla oldu
 

"Bu günə qədər görmüsüz hansısa Xalq, Əməkdar artistə söz deyim? Heç kimin nə sənəti, nə özü mənə maraqlı deyil. Sonra deyirsiz niyə müsahibə vermirsiz? Bu cür qalmaqala görə. Hamını çox istəyirəm, amma müsahibə verməyəcəm".

Sfera.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xatirə islam deyib. Sənətçi "Oxuya bilmir, necə "Əməkdar artist" oldu?" başlıqlı açıqlamasından söz açıb.

Xatirə bildirib ki, fəxri ad alan dostları ondan inciyib:

"Müsahibəni on gün əvvəl vermişəm. Gətirib yaxın dostlarım ada layiq görüləndən sonra yayımlayıblar. Bayağı, səsi olmayan, fəxri adları olanlar haqda danışmışam.

Anam deyir ki, Röya ilə yaxınsan, fəxri ad alıb, sən niyə elə etdin? Hardan bilim ki, dostlarım fəxri ad alacaq? Heç orada ad da çəkməmişəm. Saxlayıblar müsahibəni evdə, sonra veriblər. Niyə məni dostlarımla üz-göz etdiniz?

 

Müsahibədən elə çıxıb ki, böyük adamam, dünyada məndən güclü səsi olan yoxdur, özümdən başqa heç kimi bəyənmirəm. Özüm də süjetə baxanda özümlə bağlı belə qərara gəldim. axı elə iddiada ola bilmərəm. Montaj edin, amma bu qədər yox".



OXŞAR XƏBƏRLƏR

Dubay şokoladının tərkibində elə gizli maddə var ki...

Son dövrlərdə sosial şəbəkələrdə populyarlıq qazanan Dubay şokoladı yalnız dadı ilə deyil, təhlükəli tərkibi ilə də gündəmə gəlib. Parıltılı qablaşdırması və də...

İngiltərədə saxlanılan unikal Corc Oruell arxivi: Onu hansı təhlükə gözləyirdi?

London Universitet Kolleci (UCL) 1984-cü il kult distopik romanının müəllifi Corc Oruellin arxivini “Britaniyanın mədəni irsinin dəyərli hissəsi” ki...

Prezident onları ayaq üstə alqışladı - VIDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az xəbər v...

Mehriban Əliyevadan maraqlı paylaşım - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında maraqlı paylaşım edib.   Sfera.az xəbər verir ki, birinci xanım Prezidentlə mahnı di...

Mahmud Abbas: Fələstin Qəzzada atəşkəsə nail olmağa çalışır

Fələstin Qəzza sektorunda atəşkəsin əldə edilməsinə və humanitar məsələlərin həllinə nail olmaq istəyir.   Sfera.az TASS-a istinadən xəbər verir ki, ...

Pakistan-Hindistan anlaşmasına Türkiyədən REAKSİYA

Pakistan və Hindistan arasında atəşkəs qərarının qəbul edilməsindən məmnunuq.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin ...