Əməkdar artistdən etiraz: “Röya, Tünzalə və Mir Yusifin “Xalq artisti” adı almasının günahkarı xalqın özüdür”

Əməkdar artistdən etiraz: “Röya, Tünzalə və Mir Yusifin “Xalq artisti” adı almasının günahkarı xalqın özüdür”
Əməkdar artist, tanınmış xanəndə Nuriyyə Hüseynova Röya Ayxan, Tünzalə Ağayeva və Miri Yusifin "Xalq artisti” fəxri adı almasına etiraz edib. 

Oxu.Az xəbər verir ki, xanəndə bununla bağlı açıqlama verib. 

O, günahın xalqda olduğunu bildirib: 

"Bir neçə gündür, ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə üç nəfər sənətçimizə "Xalq artisti” fəxri adı verilib. Hər birini təbrik edirəm.  

Üç gündür, sosial şəbəkələrdə bir çox xoş olmayan ifadələrlə rastlaşıram. Bilirsiniz ki, nə qədər vətənimə, elimə, millətimə və dəyərlərimizə bağlı bir insanam. Dedi-qodu, kiminsə haqqına girmək mənə görə deyil.  

Başımı aşağı salıb, öz işlərimlə məşğulam. Halal əməyi ilə gücü çatacaq qədər mədəniyyətimizin keşiyində dayanıb, ona xidmət edirəm.  

Heç kim inciməsin, reallığı deyəcəm. Heç kimdə günah axtarmayın. Milli musiqiyə xidmət edən müğənnilərimiz, sizlərin xeyir işlərinizdə, 7-8 saat canlı ifaya görə bir az artıq pul istəyəndə deyirsiniz ki, çoxdur, endirim edin. Endirim etməyəndə də "sağ olun lazım deyilsiniz” deyirsiniz.  

Sual verirəm: ay mənim dəyərli millətim, 10 min manatdan yuxarı, fonoqram ifaya, özü də yarım saata gözünüzü qırpmadan xərcləyən, məcilislərinizin başında otuzduran, şəkil çəkdirib paylaşım etmək üçün növbəyə dayanan da sizlərsiniz.  

İndi niyə təhqir edirsiniz? Bu, çox pis haldır. Ya layiq olanın qiymətini bilib, layiq olduğu yerlərə qaldırın, ya da layiq olmayanı göylərdə ulduza çevirməyin. Kimsəni müzakirə edib, artıq-əskik, təhqiramiz sözlər yazmayın. Günahı özünüzdə axtarın”. 

Xatırladaq ki, sosial şəbəkələrdə hər üç müğənninin Xalq artisti adına layiq görülməsi böyük etiraza səbəb olub.  

Qeyd edək ki, Prezident estrada ifaçılarına "Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə Ağayeva Tünzalə Qabil qızı, Mirbabayev Mir Yusif Mir Heydər oğlu və Nəcəfova Röyalə Yaqub qızı "Xalq artisti” adına layiq görülüblər. 



OXŞAR XƏBƏRLƏR

Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirir.     Sfera.az DİM-ə istin...

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlanıb.     Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli şəhərində baş verib. Rayon sakini, 1992-ci il ...

Pakistan bütün aviareyslər üçün hava məkanını bağladı

Pakistanın hava məkanı 11 may saat 12:00-a qədər bütün aviareyslər üçün bağlı qalacaq.   Sfera.az xəbər verir ki, Bu barədə ölkənin Mülki Aviasi...

Bu gün 20 mindən çox bakalavr imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı (II cəhd) keçirir.     DİM-dən ...

Dubay şokoladının tərkibində elə gizli maddə var ki...

Son dövrlərdə sosial şəbəkələrdə populyarlıq qazanan Dubay şokoladı yalnız dadı ilə deyil, təhlükəli tərkibi ilə də gündəmə gəlib. Parıltılı qablaşdırması və də...

İngiltərədə saxlanılan unikal Corc Oruell arxivi: Onu hansı təhlükə gözləyirdi?

London Universitet Kolleci (UCL) 1984-cü il kult distopik romanının müəllifi Corc Oruellin arxivini “Britaniyanın mədəni irsinin dəyərli hissəsi” ki...