“Vətənpərvərlik sinəyə endirilmiş zərbələrlə ölçülmür” - Miri Yusif

Maqazin
14:50 / 23.10.2019
2800
Xəbər verdiyimiz kimi, müğənni Miri Yusif Prezident İlham Əliyev tərəfindən Xalq artisti fəxri adına layiq görülüb.
Sfera.az yeni sabah-a istinadıla xəbər verir ki, ifaçı bu barədə İnstaqram hesabında öz fikirlərini bölüşüb:
"Məncə, vətənpərvərlik səs desibelləri və sinəyə endirilmiş zərbələrlə ölçülmür. Mənim aləmimdə vətənpərvərlik, gördüyüm işi axıra kimi, vicdanla yerinə yetirməkdir. Həmişə çalışmışam vətənimə layiqincə xidmət edim. Bu xidmətlərimi, yəni gördüyüm işləri Prezidentimiz, xalqımız, ailəm və ruh əkizlərim qiymətləndiribsə, deməli davam etmək ucun növbəti hədəflər var. Allah Azərbaycanı qorusun!!! 24 may 2020 "Crystal Hall”da Canlı Solo Konsertimdə görüşərik".