Logo

Bakı Olimpiya Stadionunda ilk “toy” - Foto

Bakı Olimpiya Stadionunda ilk “toy” - Foto
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın əməkdar artisti Vəfa Zeynalova Bakı Olimpiya Stadionunda çəkdirdiyi fotosu maraq doğurub.

Sfera.az xəbər verir ki, gəlinlik paltarında olan aktrisanın yanında bəy obrazında teleaparıcı Xose Bernordo dayanıb. "Təzə bəy” əlində bir buket qızılgül tutaraq Vəfa Zeynalovanın başının üstündə durub.

Məlumata görə, bu görüntülər ATV telekanalında yayımlanan teleseriallardan biri üçün çəkilir.

Sözügedən fotonun bu qədər maraq doğurmasına səbəb isə bir neçə gün əvvəl rəsmi şəkildə Bakı Olimpiya Stadionunda toy mərasimlərinin keçirilməsinə verilən icazədir.

Bakı Olimpiya Stadionunda ilk “toy” - Foto
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR